Təhlükəsizlik kəmərini bu şəkildə istifadə edənlər cərimələnəcək – EKSPERTDƏN AÇIQLAMA

Bəzi sürücülər təhlükəsizlik kəmərini sadəcə cərimədən yayınmaq üçün taxır və onu düzgün bərkitmirlər. Elə hallar da olur ki, kəmər oturacağın arxasından keçirilib, amma sanki taxılmış kimi göstərilir. Bu cür davranışlar qəza anında heç bir fayda vermir, əksinə, həyat üçün daha böyük təhlükə yaradır.
Bəs avtomobil idarə edərkən kəməri düzgün bərkitməmək və ya yalançı taxdığı görünüşünü verib çiyindən aşırmaq cərimə səbəbidirmi, polis belə hallarda sürücü barəsində protokol tərtib edə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, bunu aşkar etmək bir az çətindir:

“Ancaq polis saxlayanda müəyyənləşə bilir. Şəxsən mənim də iştirak etdiyim bir reyddə biz real olaraq aşkar etmişik ki, bəzi sürücülər kəməri düzgün bərkitmir, başlarının üstündən atırlar ki, sinəsində nəsə bir xətt görünsün nə polis saxlayıb yazmasın, nə də elektron kameralar tərəfindən elektron cərimə tətbiq edilməsin.
Yəni, bu məqsədlə belə hərəkətlərə yol verirlər. Kəmər başlığı yerinə də yalancı bir başlıq taxırlar. Rusiyada və bir çox ölkələrdə artıq kəmər başlıqlarının ölkəyə gətirilməsi və istifadəsi qadağandır.
Konkret olaraq cəzalar müəyyənləşdirilib. Azərbaycanda isə belə bir qadağa yoxdur. Ona görə də bunu kütləvi şəkildə gətirirlər və satırlar. Bəzi məsuliyyətsiz insanlar da bundan istifadə edirlər. Mən dəhşətə gəlirəm ki, bunu hətta taksilərdə də görürəm. Görürəm ki, yalancı kəmər başlıqları qoyulub.
Deyirlər ki, müştərilərin çoxu avtomobilin kəmərə görə səs çıxarmasından xoşlanmır, kəməri də taxmır, ona görə məcbur olub başlıq taxırlar. Bəzi adamlar isə gedib kökündən səsi kəsirlər ki, kəmər səs çıxarmasın.
Buna qarşı hələlik qanunda ayrıca cərimə nəzərdə tutulmur, amma ümumi olaraq hüquqi proses yalnız təhlükəsizlik kəmərindən istifadə etməməyə görə yönəlib. Yəni təhlükəsizlik kəmərindən düzgün istifadə etməməyə görə cəza müəyyənləşdirilsə, bəli, bu hərəkətlərə görə də cərimə tətbiq oluna bilər”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












