Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar - Əhaliyə ÇAĞIRIŞ

“Xaricdən avtomobil gətirmək adı ilə insanları aldadırlar. Yetərincə belə hallar mövcuddur. Bu məsələ zaman-zaman mətbuatda da işıqlandırılır. Avtomobil alqı-satqısı işində təmiz, vicdanla işləyənlər az saydadır, amma bu o demək deyil ki, biz düzgün adamdan maşın aldıq və problemimiz bitdi. Əsas problemimiz bundan sonra başlayır, çünki aldığımız avtomobilin ehtiyat hissələrini tapa bilmirik. Çində avtomobillərin geri çağırılma prosesi olsa belə, bizim avtomobilimizi heç kim geri çağırmayacaq. Nəzərə alaq ki, avtomobildə nasazlıqlar, istehsal qüsurları olanda zavod özü rəsmi nümayəndəliklər vasitəsilə hansı ölkəyə avtomobil göndəribsə, onlara məlumat verir. Ya yerli rəsmi nümayəndə həmin qüsuru aradan qaldırır, ya da avtomobili zavoda geri qaytarır və müştərini yeni avtomobillə təmin edir. Bu sahədə vicdanla işləyənlərin gətirdikləri avtomobillərdə də sonradan hansısa zavod qüsuru, nəsə problem çıxsa, bundan heç kimin xəbəri olmayacaq, çünki onlar da avtomobili Çində üçüncü-dördüncü şəxsdən alırlar. Avtomobil üçüncü-dördüncü şəxsə gəlib çıxana qədər onun qüsurunu birinci şəxsə deyəcəklər. Birinci şəxsin isə vecinə deyil ki, özündən sonra avtomobil beşinci şəxsə satılıb, həmin adam da azərbaycanlı çıxıb...”
Bu sözləri Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyib.
O tövsiyə edib ki, yaxşı olar, vətəndaşlar avtomobili imkan daxilində rəsmi istehsalçıdan alsınlar:
“Gözümüzün önünə gələcəkdə ehtiyat hissələrini tapmamağı, zavod qüsurundan xəbərimizin olmayacağını, belə bir risklə həmin avtomobili idarə edəcəyimizi, ailəmizin bu avtomobilə minəcəyini, cəmiyyət içində yola çıxdıqda təhlükə saçacağını gətirmək lazımdır. Ən vacib məsələlərdən biri budur. Üç-dörd min manat irəli düşürük deyə avtomobil alırıq, sonra həmin üç-dörd min manat üçün özümüzü də, ailəmizi də, cəmiyyəti də təhlükəyə atırıqsa, bütün bunları düşünməliyik. İnsanlar bu barədə maarifləndirilməlidir. Sağlamlığımız istənilən pul vahidindən qat-qat öndədir. Vətəndaşlarımız avtomobil alarkən bunlara diqqət yetirsinlər. Başa düşürük, bir çoxları taksi fəaliyyəti, yaxud gündəlik istifadə üçün avtomobili xaricdən ucuz almağa çalışır. Təkrar edirəm, problemlər aşkarlandıqda bu, ailəmizə, cəmiyyətimizə böyük faciələr gətirə bilər. Buna görə avtomobili rəsmi idxalçıdan alaq və sabah döyməyə bir qapı tanıyaq”.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












