Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT

Şəhər daxilində yerləşən yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları piyada təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu ərazilərdə piyada və avtomobil hərəkətinin kəsişməsi qaçılmaz olduğundan, piyada infrastrukturunun düzgün təşkil olunması vacibdir.

Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada infrastrukturu fərqli örtük materialından istifadə edilməklə, səki səviyyəsindən aşağı salınmadan, mümkün qədər fasiləsiz və yüksəldilmiş formada təşkil edilə bilər.
Onun sözlərinə görə, belə həll piyadaya prioriteti həm vizual, həm də fiziki olaraq göstərir. Eyni zamanda, sürücünün giriş-çıxış zamanı sürəti azaltmasına və diqqətini artırmasına şərait yaradır, piyada keçidinin davamlılığını qoruyur.
Rauf Ağamirzəyev qeyd edib ki, bu yanaşma hərəkət məhdudiyyətli şəxslər üçün də səki marşrutunun fasiləsizliyinin təmin olunmasına imkan verir.
Burada əsas məqsəd avtomobilin piyadaya görə səkiyə uyğunlaşmasıdır, piyadanın isə avtomobil girişinə görə səki səviyyəsini dəyişməsi deyil.
“Şəhər küçəsində yanacaqdoldurma məntəqəsinin giriş-çıxışı da piyada şəbəkəsinin bir hissəsi kimi layihələndirilməlidir”, – deyə Rauf Ağamirzəyev bildirib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












