Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO

Sürücülərin dönmə və zolaq dəyişmə zamanı güzgülərdən düzgün istifadə etməməsi ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Xüsusilə sağa dönərkən sağ tərəfdə avtobus zolağının mövcud olduğu yollarda sürücülərin daha diqqətli olması vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə hərəkət zamanı sağ, sol və orta güzgülərdən vaxtında və düzgün istifadə etməyi tövsiyə edib.
Məşqçi bildirib ki, bəzi sürücülər güzgüyə baxmadan manevr etdikdə digər nəqliyyat vasitələrinin onlardan yayınacağını düşünürlər. Lakin bəzi situasiyalarda güzgüdəki bir saniyəlik yoxlama belə qəzanın qarşısını ala bilər.
“Bəzi insanlar fikirləşirlər ki, güzgüyə baxmadım, ətrafdakılar məni bağışlayacaq, maşını məndən qaçırdacaqlar. Doğrudan da bəzən sürücülər bir-birindən yayınırlar və heç nə baş vermir. Amma elə situasiyalar var ki, güzgüyə baxmasan, bir anda hər şeyi itirə bilərsən”, – deyə Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, xüsusilə sağ tərəfdə avtobus zolağı olan yollarda sağa dönərkən sürücülər yaşıl işıq yansa belə, manevrdən əvvəl sağ güzgünü mütləq yoxlamalıdır.
Aqil Rəhimov bildirib ki, belə vəziyyətdə sağ güzgüyə baxmadan dönmək ağır nəticələrə səbəb ola bilər. Çünki avtobus sağ tərəfdən hərəkət edərək dönən avtomobilə çata və onun sağ qapı hissəsinə çırpıla bilər.
“Düşünün ki, güzgüyə baxmadan sağa dönürsünüz. O avtobus gəlib bizim sağ qapımızdan vura bilər. Bu, çox ağır nəticələrə gətirib çıxara bilər”, – deyə o vurğulayıb.
Məşqçi sürücülərə dönməzdən əvvəl yalnız işıqforun yaşıl olmasına güvənməməyi, yolun sağ və sol hissəsindəki vəziyyəti, eləcə də güzgülərdə görünən nəqliyyat vasitələrini nəzərə almağı tövsiyə edib.
Yaşıl işıq hərəkətə icazə versə də, təhlükəsiz manevr etmək məsuliyyəti sürücünün üzərində qalır.
Aqil Rəhimov sürücüləri sağa dönərkən, xüsusilə avtobus zolağı olan yollarda, manevrdən əvvəl sağ güzgünü yoxlamağa və ətrafdakı nəqliyyat vasitələrinin hərəkətini qiymətləndirməyə çağırıb.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












