Yeni sürücülər avtomobilə ən çox hansı zərəri verirlər? – Ustadan AÇIQLAMA

Yeni sürücülər avtomobili istifadə etməyə başladıqda təcrübəsizlik və naşılıq səbəbindən bəzi səhvlərə yol verirlər. Bu səhvlər avtomobilin müxtəlif hissələrinə ciddi zərər vurur və onun tez sıradan çıxmasına səbəb olur. Yanlış sürmə vərdişləri, texniki qaydalara əməl etməmək və düzgün yanacaq seçməmək avtomobilin ömrünü qısaldır, eləcə də əlavə xərclər yaradır.
Bəs görəsən, yeni sürücülər avtomobilə ən çox hansı zərəri verirlər?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a bildirib ki, avtomobili yeni alan sürücülər ilk növbədə əyləc qəliblərini daha tez sıradan çıxarırlar, çünki avtomobili iki ayaqla sürürlər:

“Sürətlər qutusu olan avtomobil yalnız sağ ayaqla sürülməlidir. Amma yeni sürücülərimiz həm sağ, həm sol ayaqla idarə etdiklərinə görə əyləc qəlibləri daha tez sıradan çıxır, sürətlər qutusunun yağı isə daha tez xarab olur. Belə deyək, yağ qaralır və vaxtından əvvəl dəyişdirilməlidir.
Benzinə də kifayət qədər diqqət yetirmirlər. Çox vaxt müşahidə edirik ki, yeni sürücülər səhv yanacaq istifadə edirlər. Bəzən benzin yerinə dizel vurulur, bu da avtomobilin işə düşməməsinə səbəb olur.
Avtomobilin yan güzgüləri və digər funksiyalarının idarə olunmasında da çətinlik çəkirlər. Xüsusilə yeni alınan Çin istehsalı avtomobillər buna misaldır. Yeni sürücülər hələ bu texnologiyalara tam uyğunlaşmayıblar və bundan dolayı problemlər yaşayırlar.

Çin istehsalı avtomobillərdə, məsələn, qapaq monitordan açılır, ön işıqlar da monitordan idarə olunur. Bu funksiyaları internetdən öyrənməyə çalışırlar. Təcrübəli sürücülər isə bu problemlərin nədən qaynaqlandığını yaxşı başa düşürlər”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












