Yeni ünvanlar niyə xəritələrdə görünmür? – Səbəbi AÇIQLANDI

Küçə adlarının dəyişdirilməsi və yeni ünvanların formalaşdırılması şəhərsalma prosesinin təbii tərkib hissəsidir. Lakin bu dəyişikliklər aidiyyəti qurumlar arasında vaxtında əlaqələndirilmədikdə və rəqəmsal xəritələrdə operativ yenilənmədikdə, vətəndaşlar üçün ciddi naviqasiya problemləri yaranır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev səsləndirib.

Ekspert bildirib ki, bir tərəfdən ünvan portalında yeni küçə adları və ünvanlar formalaşdırılır, digər tərəfdən yerli icra hakimiyyətləri həmin küçələrdə yeni lövhələr quraşdırır. Lakin bu məlumatlar eyni vaxtda qlobal rəqəmsal xəritələrdə və bəzi dövlət qurumlarının informasiya sistemlərində yenilənmədiyi üçün müxtəlif platformalarda eyni ünvan fərqli şəkildə göstərilir.
Yaranan uyğunsuzluqlar taksi və kuryer xidmətlərinin, eləcə də təcili tibbi yardım, yanğınsöndürmə və digər operativ xidmətlərin ünvanı dəqiq müəyyənləşdirməsini çətinləşdirir. Xüsusilə əraziyə ilk dəfə gedən sürücülər düzgün istiqaməti tapmaqda çətinlik çəkir, bu isə həm vaxt itkisinə, həm də xidmətlərin gecikməsinə səbəb olur.
Problem təkcə naviqasiya ilə məhdudlaşmır. Bu cür uyğunsuzluqlar əlavə yanacaq sərfiyyatına, nəqliyyat sıxlığının artmasına, sürücülər və vətəndaşlar arasında lazımsız mübahisələrin yaranmasına, həmçinin logistika xidmətlərinin səmərəliliyinin azalmasına gətirib çıxarır.
Rauf Ağamirzəyev hesab edir ki, problemin həlli üçün aidiyyəti dövlət qurumları arasında vahid koordinasiya mexanizmi yaradılmalıdır. Ünvan portalında aparılan bütün dəyişikliklər avtomatik olaraq digər dövlət informasiya sistemlərinə, eləcə də geniş istifadə olunan qlobal rəqəmsal xəritə platformalarına operativ şəkildə ötürülməli və sinxronlaşdırılmalıdır.
Ekspert vurğulayıb ki, dəqiq və vahid ünvan məlumat bazasının formalaşdırılması rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, logistika proseslərinin optimallaşdırılması, operativ xidmətlərin vaxtında hadisə yerinə çatması və ümumilikdə şəhər mobilliyinin səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə qurumlar arasında koordinasiyanın gücləndirilməsi gələcəkdə oxşar problemlərin qarşısının alınmasına da töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












