Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO

Yollarda sürücülərin bir-birinə yol verməsi mövzusu yenidən müzakirə olunub. Xüsusilə əsas yola çıxmağa çalışan avtomobillərlə bağlı davranış qaydaları sürücülər arasında tez-tez narazılıq yaradan məsələlərdən biri hesab edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb. O bildirib ki, əsas yolda hərəkət edən sürücülər bəzən ikinci dərəcəli yoldan çıxan avtomobillərə yol vermək istəsələr də, bir avtomobildən sonra bir neçə nəqliyyat vasitəsinin ardıcıl şəkildə yola daxil olması problemlər yaradır.
Ekspertin sözlərinə görə, bəzi təcrübəli sürücülər bu vəziyyətdə müəyyən üsullardan istifadə edirlər:
“Bir avtomobilə yol vermək mədəniyyət əlamətidir. Amma bəzi hallarda bir maşına yol verildikdən sonra arxadakı digər avtomobillər də ardıcıl şəkildə yola çıxmağa çalışır. Bu isə əsas yolda hərəkətin ritmini poza və qəza riski yarada bilər”.
Aqil Rəhimov qeyd edib ki, təcrübəli sürücülər bəzən yol verdikləri avtomobillə aradakı məsafəni minimum saxlayaraq digər nəqliyyat vasitələrinin araya daxil olmasının qarşısını almağa çalışırlar. Lakin o, bu üsulun yeni sürücülər üçün təhlükəli ola biləcəyini də vurğulayıb:
“Bu cür davranış diqqət və sürücülük təcrübəsi tələb edir. Təcrübəsiz sürücülər üçün risk yarada bilər. Ona görə də hər zaman təhlükəsizlik məsafəsinə və yol hərəkəti qaydalarına əməl olunmalıdır”.
Yol hərəkətində qarşılıqlı hörmət və səbir əsas amillərdəndir. Onun fikrincə, sürücülər həm digər hərəkət iştirakçılarına şərait yaratmalı, həm də qaydalardan sui-istifadəyə yol verməməlidirlər.
Eltac Zülfüqaroğlu
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












