Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT

Məlumatların müxtəlif platformalar arasında uyğunsuzluğu vətəndaşlar üçün ciddi problemlər yaradır və xidmət keyfiyyətinə mənfi təsir göstərir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu sahədə məlumatların sinxronlaşdırılmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, eyni quruma aid ünvan və digər məlumatların fərqli platformalarda müxtəlif formada təqdim olunması həm istifadəçilər üçün çətinlik yaradır, həm də sistemə olan etimadı azaldır.

Ekspert deyib ki, xüsusilə piyada, taksi və ictimai nəqliyyat istifadəçiləri üçün düzgün istiqamətlənmə böyük əhəmiyyət daşıyır. “Waze” və “Google Maps” kimi platformalarla inteqrasiya vətəndaşların əlavə vaxt itirmədən təyinat nöqtəsinə çatmasına imkan yaradır. Lakin ünvan məlumatları bu sistemlərdə düzgün və vahid şəkildə yerləşdirilmədikdə, istifadəçilər ya yanlış istiqamətə yönləndirilir, ya da əlavə vaxt itirmək məcburiyyətində qalırlar.
Rauf Ağamirzəyev vurğulayıb ki, əsas prinsip aydınlığın qorunmasıdır. Rəsmi səhifədə qeyd olunan ünvan, xəritədə göstərilən ünvan və binanın üzərində yerləşən ünvan lövhəsi tam uyğunluq təşkil etməlidir. Bu uyğunluq pozulduqda vətəndaşlar yanlış istiqamətlənir, sürücülər əlavə məsafə qət edir, xidmətlərə çatım gecikir.
Ekspertin sözlərinə görə, bütün məlumatlar sinxron olduqda vətəndaşlar ünvanları daha rahat tapır, taksi sürücüləri dəqiq nöqtəyə çatır, ictimai nəqliyyatdan istifadə edənlər isə vaxt itkisi ilə üzləşmir. Fiziki və rəqəmsal uyğunluq paralel şəkildə təmin olunmalıdır. Belə ki, qurumların rəsmi səhifələrində ünvan və rekvizitlər tam və aktual göstərilməli, binaların üzərində isə küçə adı və nömrə aydın şəkildə qeyd edilməlidir. Qlobal xəritə sistemləri ilə inteqrasiya bu məlumatların vahid ekosistemə çevrilməsində mühüm rol oynayır.
Hazırda bəzi hallarda rəsmi səhifələrdə natamam və ya köhnə məlumatlar yerləşdirilir, ünvanlar xəritələrlə uyğun gəlmir, fiziki məkanlarda isə ünvan göstəriciləri ya yoxdur, ya da qeyri-standart formada təqdim olunur.
Ekspert sonda onu da ki, məlumatların düzgün sinxronlaşdırılması vahid və işlək sistemin qurulması deməkdir. Bu isə daha az vaxt itkisi, daha yüksək xidmət keyfiyyəti və vətəndaşlar üçün daha rahat və proqnozlaşdırılan mühit yaradır.


Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












