Yollarda sürücülər ən çox hansı qaydaları pozur? – Aqil Rəhimov AÇIQLADI - VİDEO

Avto FM efirində çıxışı zamanı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin davranışlarını analiz edərək bildirib ki, insanlar ümumiyyətlə 3-4 kateqoriyaya bölünür və onlardan biri hədsiz, aqressiv insanlardır.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, ikinci kateqoriya həddindən artıq səbirli sürücülərdir, aralıq kateqoriyalar isə həm səbirli olur, həm də onları özündən çıxarmaq mümkündür. Lakin elə sürücülər var ki, onları özündən çıxarmaq üçün heç bir səbəb lazım deyil və qanlarında elə bir səbirsizlik var ki, sadəcə zolaq dəyişmək və ya ötmək onları qıcıqlandırır.
Məşqçi bildirib ki, bəzi sürücülər “üstələmə” adlandırılan hərəkəti qanunsuz şəkildə həyata keçirirlər; əslində yandan keçmə tərpənməz maneləri keçməkdir. Məsələn, orta zolaqda 40 kilometr-saat sürətlə gedən sürücünü sağ zolaqdan 50-60 kilometr-saatla ötən şəxslər bu hərəkəti özlərinə qarşı hörmətsizlik hesab edir və bəzən yarışdakı kimi davranırlar. Aqil Rəhimov əlavə edib ki, belə sürücülər üstünlük göstərmək üçün qabağı kəsə, ötmə edə və özlərini sübut etməyə çalışırlar.
O, sürücülərə tövsiyə edib ki, tıxaclarla mübarizə etmək mümkündür, amma hər zaman qabağa keçmək və hərəkəti sürətləndirmək mümkün olmaya bilər. Zolaq dəyişməyə və yolda konfliktlərə girməyə çalışmamaq, heç kəsə üstünlüyü sübut etməyə cəhd etməmək təhlükəsizliyi təmin edir.
Aqil Rəhimov həmçinin vurğulayıb ki, bəzi sürücülər özlərini həyatın digər sahələrində uğursuz olduğu üçün sükan arxasında təsdiqləməyə çalışırlar. Ona görə də, Bakı kimi böyük şəhərdə maşın sürən hər bir şəxs müəyyən mənada həm psixoloq, həm də psixiyatr kimi düşünməyi bacarmalıdır. Bu, yolda ağlasığmaz hərəkət edən sürücülərin niyə belə davrandığını anlamağa və təhlükəsizliyi qorumağa imkan verir.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












