Banner

Ermənistanın yeni Konstitusiyasında azərbaycanlılarla bağlı ŞOK DETAL!

Xəbərlər 26 Noyabr 2026 13:36
Ermənistanın yeni Konstitusiyasında azərbaycanlılarla bağlı ŞOK DETAL!
WhatsApp kanalımıza abunə olun

Ermənistanın yeni Konstitusiya layihəsində “erməni xalqı” ifadəsinin “Ermənistan Respublikasının xalqı” sözləri ilə əvəzlənməsi gələcəkdə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı baxımından mühüm əhəmiyyət daşıya bilər.

Avtosfer.az xəbər verir ki, politoloq Turan Rzayev bu barədə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi yeni Konstitusiya layihəsində nəzərdə tutulan dəyişikliklər ölkənin dövlətçilik və milli kimlik anlayışına yeni yanaşmanı əks etdirir.

Politoloqun sözlərinə görə, hazırkı Konstitusiyanın preambulası “Biz, erməni xalqı...” ifadəsi ilə başlayır. Yeni layihədə isə bu sözlər “Biz, Ermənistan Respublikasının xalqı...” kimi dəyişdirilir. Bundan başqa, layihənin birinci maddəsində Ermənistan Respublikasının təsisçisinin ölkə xalqı olduğu, ikinci maddəsində isə xalqın bütün vətəndaşların məcmusundan ibarət olduğu qeyd edilir.

Turan Rzayev hesab edir ki, bu dəyişiklik etnik mənsubiyyət deyil, vətəndaşlıq prinsipi əsasında müəyyənləşdirilən xalq anlayışının formalaşdırılmasına xidmət edir.

O vurğulayıb ki, bu yanaşma Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsi baxımından da diqqətəlayiqdir:

“Əgər layihə qəbul olunarsa, Qərbi azərbaycanlılar Ermənistana qayıdıb bu ölkənin vətəndaşları olduqları təqdirdə konstitusion baxımdan ‘Ermənistan Respublikasının xalqı’ anlayışına daxil olacaqlar”.

Politoloq qeyd edib ki, 1988-ci ildə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarılmasından sonra Ermənistan faktiki olaraq monoetnik ölkəyə çevrilib. Onun fikrincə, bu proses ölkənin demoqrafik vəziyyətinə və iqtisadiyyatına da təsir göstərib.

Turan Rzayev düşünür ki, Paşinyan hakimiyyətinin təklif etdiyi dəyişiklik gələcəkdə Qərbi azərbaycanlıların qayıdışı üçün müəyyən konstitusion imkan yarada bilər.

O əlavə edib ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq istəyi bəllidir. Bununla belə, məsələ hazırda Ermənistan-Azərbaycan danışıqlarının prioritet mövzularından biri deyil və gələcəkdə müzakirə olunub-olunmayacağı da hələlik məlum deyil./yenisabah

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh