Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı - YENİLƏNİB

İsmayıllı rayonunda 28 yaşlı kişinin bıçaqlanmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında kafedə hesab ödənilməsi üstündə yaranıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov tanışı, 2003-cü il təvəllüdlü Musa Xəlilli ilə birlikdə şəhər ərazisindəki kafelərdən birinə gedərək, orada pivə sifariş veriblər. Dostlar bir neçə bakal pivə içəndən sonra hesabı ödəməyə görə mübahisə ediblər. Narazılıq davaya çevrilib və nəticədə M.Xəlillinin A.İsmayılovu bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***11:54
İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.
Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.
İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO












