Banner

“20 Yanvar”da metronun çıxışında KİŞİ ÖLDÜ

Hadisə 26 Noyabr 2026 13:06
“20 Yanvar”da metronun çıxışında KİŞİ ÖLDÜ
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./qafqazinfo

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh