Bakıda bahalı nömrəli maşınla "oyun çıxaran" sürücü tapıldı və... - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün yayılmış görüntüləri ilə bağlı araşdırma aparılıb. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, manevr qaydalarını kobud şəkildə pozan sürücü müəyyən edilib. Belə ki, 1985-ci il təvəllüdlü Əsədov Rafət Qürbət oğlu pozduğu qaydaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Xatırladaq ki, 10-HF-005 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü dekabrın 7-də paytaxtın Ziya Bünyadov prospektində hərəkət edən zaman növbədə gözləməmək üçün öncə təhlükəsizlik adacığının üzərinə çıxıb. O, daha sonra qarşıdakı geriyə dönmə yerinə keçərək yenidən qaydaları pozub. Belə ki, avtomobili çəpəki saxlayan sürücü görüntünü qeydə alan avtomobilin yolunu kəsərək ondan qabağa keçib və daha sonra manevr qaydasını pozaraq hərəkətinə davam edib.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












