Bakıda küçəni zibilləyən sürücünü yol polisi cərimələdi - VİDEO

Bakıda küçəni zibilləyən sürücü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə yayılmış görüntülərdə sürücünün küçəni zibilləməsi öz əksini tapıb. Sürücü İbrahimov İlqar Tofiq oğlu törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilib.
Xatırladaq ki, 10-RU-120 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü paytaxt küçələrinin biri ilə hərəkət edən zaman maşınında olan zibilləri yerə atıb.
Sürücülərin bu əməlləri dəfələrlə qınanılsa da, onların barəsində qanuni tədbir görülsə də, təəssüf ki, bir çoxları hələ də nəticə çıxarmayıb. Düşünün ki, hər avtomobildən yerə zibil atılsa yollarımız zibilliyə çevirilər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












