Yol polisi yanlış yazılmış protokola xitam verdi - VİDEO

18:05
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, sözügedən məsələ araşdırılıb və həqiqətən də yanlışlıq olduğu aşkarlanıb. Protokola xitam verilib.
Yevlax-Kürdəmir yolunda radara düşən sürücü redaksiyamıza şikayət ünvanlayıb. 90-LE-283 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü İslam Əliyev bildirir ki, noyabrın 13-də sözügedən yolda sürət həddini aşmadan hərəkət edərkən onun yanından Penitensiar xidmətə məxus avtomobillər yüksək sürətlə keçib. Lakin bir saatdan sonra telefonuna sms məlumatlandırma gələrək radara düşdüyü bildirilib. Foto və videoya baxan zaman məlum olub ki, hərəkət sürətini aşan operativ nəqliyyat vasitəsi sürücüləridir. Avtosfer.az xəbər verir ki, sürücünün qayda pozmaması avtomobildə olan kameraya düşmüş görüntülərdə öz əksini tapıb.
İslam Əliyev barəsində düzgün tərtib edilməmiş cərimənin ləğv olunmasını xahiş edir.
Fərid
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO













