Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?

Ermənistanın dövlət rəmzlərinin taleyi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə qəbul etməlidirlər.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi ənənəvi brifinqdə ölkənin dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsində dövlət rəmzlərinin referendum yolu ilə qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla belə, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur.
"Vətəndaşlar hansı bayrağı, gerbi və ya himni özlərininki hesab etdiklərinə özləri qərar verməlidirlər", - Paşinyan deyib.
Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərini dəstəkləsələr, onlar dəyişdirilməyəcək.
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO











