Banner

Azərbaycan Ermənistana 24 milyon dollara yaxın məhsul SATIB

Xəbərlər 26 Noyabr 2026 21:04
Azərbaycan Ermənistana 24 milyon dollara yaxın məhsul SATIB
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 699 min 210 ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Avtosfer.az “Marja.az”a istinadən xəbər verir ki, cari ilin ilk 10 ayında Ermənistandan Azərbaycana isə 96 min 460 dollar dəyərində məhsul idxal olunub.

Beləliklə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Ermənistan arasında xarici ticarət dövriyyəsi 23 milyon 795 min 670 dollar, Azərbaycanın xeyrinə yaranmış müsbət ticarət saldosu isə 23 milyon 602 min 750 dollar təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsinin 99,6 faizi Azərbaycanın Ermənistana ixracının, 0,4 faizi isə Ermənistandan idxalın payına düşüb.

Azərbaycanın Ermənistana ixracının dəyəri idxalının dəyərindən təxminən 246 dəfə çox olub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-oktyabr ayları üzrə hesabatında Ermənistanla xarici ticarət əməliyyatları qeydə alınmayıb.

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi ölkələr üzrə statistikasında Ermənistana ixrac və bu ölkədən idxal olunan məhsulların çeşidləri açıqlanmayıb.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh