Ödənməmiş cəriməyə görə sürücü hansı problemlərlə qarşılaşa bilər? – DYP AÇIQLADI - VİDEO

Sürücülərin tez-tez şikayət etdiyi məsələlərdən biri də xəbərsiz olduğu və ya ödəmədiyi cəriməyə görə yol polisi tərəfindən saxlanılan zaman avtomobilin cərimə meydançasına aparılmasıdır. Bəs ödənməmiş cəriməyə görə sürücü hansı problemlərlə üzləşə bilər?
Avtosfer.az bildirir ki, cərimələrdən xəbərdar olmaq üçün ölkədə bir neçə sistem var. Bunlardan ən böyüyü "AsanPay" xidmətidir. SMSRadar xidməti də mövcuddur. Bu iki sistemdən birində sadəcə, qeydiyyatdan keçməklə cərimələrdən vaxtında xəbərdar olmaq, eyni zamanda onlayn şəkildə cəriməni ödəmək mümkündür. Bu, həm də sizə istənilən anda, istənilən yerdə telefon vasitəsilə cəriməni ödəmək imkanı yaradır. Yəni yol polisi sizi dayandırdıqda cəriməni yerindəcə onlayn formada ödəsəniz sərbəst buraxacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdrəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, sürücü barəsində cərimə tətbiq edilməsi qərarı varsa və bu, ona rəsmi şəkildə çatdırılıbsa, proses bundan sonra başlaya bilər. “Qərarın qüvvəyə minməsi, üzərindən iki aydan çox vaxt keçməsi halları, eyni zamanda nəqliyyat vasitəsinin saxlanılaraq duracağa qoyulması barədə rəsmi qərarın olması zəruridir. Nəzərə almaq lazımdır ki, cərimə ödənilməzsə onun üzərinə dəbbə məbləği gəlir. Üç ay müddətində bu cərimə ödənməzsə o zaman məhkəmə qərarı ilə sürücülük hüquqi məhdudlaşdırıla bilər.”
Araz Əsgərli sürücülərə qayda pozmamağı və cərimə üçün ödəyəcəkləri pulları ailəsinə, övladlarına və digər yerlərə xərcləyə biləcəyini də deyib.
Nəzrin Sailqızı
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
Qoşa xətdən ötmə edən sürücü maşının önünə keçib qəfil tormoz verdi - VİDEO
Biri qəza şəraiti yaratdı, digəri motosikleti vurub getdi – ŞİKAYƏT - VİDEO
Sumqayıtda məktəbin önündə piyada və sürücüləri bu təhlükə gözləyir - VİDEO
Öz kefinə maşın sürüb motosikletçini özündən çıxardı: “Belə sürürəm, sonra?” - VİDEO
Qoşa xətdən təhlükəli ötmə edən sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyadalara məhəl qoymayan sürücü əks yola çıxıb ikiqat təhlükə yaratdı - VİDEO
Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO












