Banner

Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610 - FOTO

Qaydalar 23 Noyabr 2026 14:55
Maşınını enli səkidə park edib piyadalara yer qoymadı - 77-RD-610   - FOTO
WhatsApp kanalımıza abunə olun

Qax rayonunda dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

Avtosfer.az-a müraciət edən izləyici hadisənin noyabrın 20-də saat 14:52 radələrində qeydə alındığını bildirib.

Göndərilən fotoşəkillərdən aydın olur ki, 77-RD-610 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil piyadaların hərəkəti üçün nəzərdə tutulmuş enli səkinin üzərində tam şəkildə park edilib.

Nəticədə piyadaların səki ilə hərəkəti məhdudlaşdırılıb.

Şikayətçinin sözlərinə görə, həmin vaxt sürücü avtomobildə olmayıb və nəqliyyat vasitəsi saatlarla səkinin üzərində saxlanılıb.

Nərmin

FOTO QALEREYA
Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh