Banner

Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı - VİDEO

Qaydalar 23 Noyabr 2026 18:00
Dəfələrlə gözüyumulu ötmə edən sürücü piyadaya da təhlükə yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində kobud qayda pozuntusuna yol verən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 22-də saat 17:45 radələrində Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, 77-DC-903 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə məhəl qoymadan əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə manevri edib. Qarşıdan gələn avtomobilləri gördükdən sonra öz zolağına qayıdan sürücü bir qədər sonra yenidən eyni qayda pozuntusuna yol verib.

Kadrlardan görünür ki, sürücü qarşıdan gələn avtomobillərin yaxınlaşmasına baxmayaraq, əks zolağa çıxaraq qəza şəraiti yaradıb. O, bununla da kifayətlənməyərək qarşı istiqamətdə hərəkətini davam etdirib və piyada keçidində dayanan piyadanı nəzərə almadan onun həyatını təhlükəyə atıb.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229146.html

 

 

Oxunub : 216
ŞƏRH YAZ
Ad

E-mail

Şərh