Banner

Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO

Qaydalar 20 Noyabr 2026 10:48
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 19-da, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, görüntünü qeydə alan sürücü keçidə daxil olan piyadaların yolu təhlükəsiz keçməsini təmin etmək məqsədilə avtomobilini saxlayaraq onlara yol verib. Bu zaman arxadan gələn 01-CU-001 dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü səs siqnalı verərək ondan hərəkətini davam etdirməsini tələb edib. Videodan da aydın şəkildə görünür ki, piyada səs siqnalından özünü itirərək əli ilə sürücüyə hərəkətini davam etdirməyə işarə verib. Lakin görüntünü qeydə alan sürücü arxadan verilən siqnala məhəl qoymayaraq piyadaların keçməsini gözləyib. Daha sonra görüntünü qeydə alan sürücü onun yanına sürərək "görmürsən piyadalar keçir, niyə siqnal verirsən"? - deyən zaman, həmin sürücü dayanmadan nalayiq söyüşlər söyməyə başlayıb. Daha sonra avtomobili sürücünün üstünə sürərək sağda saxlamağı tələb edib. Bu azmış kimi onun qarşısına keçərək qəfil manevr edib və qəza şəraiti yaradıb.

Eyni zamanda sürücü yükdaşıma qaydalarını da pozduğu videoda aydın şəkildə əks olunub. Avtomobilin salonuna döşəmə taxtalarını yerləşdirərək sağ güzgüdən arxanı görməsini məhdudlaşdırıb.

Sözügedən videonu təqdim edirik.

 

Fərid

bax.tvhttps://bax.tv/embed/229024.html

 

 

Oxunub : 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh