Banner

Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA

Qaydalar 20 Noyabr 2026 10:30
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Daxili yükdaşımaların dəmir yolu nəqliyyatına yönəldilməsi həm iqtisadi səmərəlilik, həm də yol təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə ağırçəkili və iri həcmli yüklərin dəmir yolu ilə daşınması avtomobil yollarındakı yükü azaltmaqla yanaşı, daşımaların daha səmərəli təşkilinə imkan yaradır.

Avtosfer.az bu istiqamətdə görülə biləcək işlər, dəmir yolu ilə daşınması daha əlverişli olan məhsullar və rayonlararası yükdaşımaların genişləndirilməsi ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) müraciət edib. Qurumun suallarımıza cavablarını təqdim edirik:

- Daxili yükdaşımaların hansı hissəsini dəmir yoluna yönəltmək olar?

- Bu, yükün növündən, həcmindən, daşıma məsafəsindən, həmçinin yükgöndərənin və yükalanın dəmir yoluna çıxışının olub-olmamasından asılıdır. Bununla belə, ağır çəkili və böyük həcmli yüklərin, məsələn, tikinti materiallarının və xammalın (qum, çınqıl, şeben, sement, gips, əhəng, kaolin, bazalt daşı və s.), həmçinin neft məhsullarının və enerji yanacaq məhsullarının dəmir yolu ilə daşınması daha uyğundur.

- Hansı məhsulların daşınmasında dəmir yolundan istifadə daha əlverişlidir?

- Dəmir yolu ən çox kütləvi, ağır çəkili və böyük partiyalarla göndərilən yüklər üçün əlverişlidir. Hazırda daxili daşımalarda əsasən qum, çınqıl, şeben, sement, gips, əhəng və bazalt daşı daşınır. Bundan əlavə, daxili bazar üçün neft məhsullarının və enerji yanacaq məhsullarının daşınması da həyata keçirilir. Daşıma məsafəsi artdıqca dəmir yolu həm müştəri, həm də dəmir yolu sektorunun özü üçün daha sərfəli olur.

- Rayonlararası dəmir yolu yükdaşımalarının genişləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Bunun üçün müştərilərlə mütəmadi görüşlər keçirilir, onlara dəmir yolundan rahat istifadə yolları izah olunur; müştərilərin işini asanlaşdırmaq üçün rəqəmsal alətlər inkişaf etdirilir; stansiyalarda yükləmə-boşaltma imkanları genişləndirilir. Bununla yanaşı, texniki imkanların daha da artırılması diqqət mərkəzindədir.

- Dəmir yolu ilə yükdaşımaların artırılması avtomobil yollarında qəza risklərini azalda bilərmi?

- Nəzərə almaq lazımdır ki, bir yarımvaqon təxminən 2–3 yük avtomobilinin, tam bir qatar isə onlarla yük maşınının daşıdığı həcmdə yük götürür. Ağır yüklərin dəmir yoluna keçməsi avtomobil yollarında ağır yük maşınlarının sayını azaldar.

Eltac Zülfüqaroğlu

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh