Banner

“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO

Qaydalar 20 Noyabr 2026 11:15
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR   - FOTO
WhatsApp kanalımıza abunə olun

Bəzi sürücülər vaxt itirməmək üçün geriyə dönmə manevrini qaydaları nəzərə almadan həyata keçirirlər. Hətta bunun üçün piyada keçidinin üzərindən keçənlər də var. Maraqlısı isə odur ki, sürücülərin bir qismi bu hərəkətin qayda pozuntusu olduğunu qəbul etmir və cərimələndikdə qərara etiraz edir.

Avtosfer.az xəbər verir ki, geriyə dönmə manevri hər yerdə mümkün deyil. Sürücü ilk növbədə seçdiyi ərazidə bu manevrə icazə verilib-verilmədiyini müəyyən etməli, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə diqqət yetirməlidir.

Xüsusilə qeyd edək ki, piyada keçidlərinin üzərində geriyə dönmək qadağandır. Sürücünün yolun həmin hissəsindən dönərək hərəkətini davam etdirməsi, ərazidə piyadanın olub-olmamasından asılı olmayaraq, qayda pozuntusu hesab edilir.

“Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XII hissəsinə əsasən, piyada keçidlərində geriyə dönmək qadağandır. Bu tələbin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, sürücü 40 manat məbləğində cərimə edilə bilər.

Sürücülər nəzərə almalıdırlar ki, yolu bir neçə metr tez keçmək və ya qısa yol seçmək qayda pozuntusuna haqq qazandırmır.

Nərmin 

FOTO QALEREYA
Oxunub : 276
ŞƏRH YAZ
Ad

E-mail

Şərh