Prospektdə avtomobili dəfələrlə sıxışdırıb təhlükə yaratdı - 77-NE-809 - VİDEO

Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” səhifəsinə video göndərərək məlumat verib.
Hadisə yanvarın 23-də, saat 08:09 radələrində qeydə alınıb.
Videodan görünür ki, 77-NE-809 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü sol zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan qəfil həmin zolağa keçib. Ardınca kəskin tormozlayaraq arxadan gələn sürücü üçün qəza şəraiti yaradıb. Bir müddət sonra isə yenidən sağ zolağa manevr edib.
Şikayətçinin iddiasına görə, o, qayda pozan sürücüyə yaxınlaşaraq iradını bildirdikdə, sürücü “Yaxşı edirəm” cavabını verib. Bundan sonra isə avtomobili yenidən sıxışdıraraq qəza riskini artırıb.
Nərmin
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












