Pul qazanmağa çıxan taksi sürücüsü qorxulu anlar yaşatdı - VİDEO

Bakıda taksi sürücüsünün qəza şəraiti yaratması anbaan avtomobildəki kameraya qeyd olunub. Videogörüntünü redaksiyamızın elektron ünvanına göndərən sürücü bildirir ki, paytaxtın Mehdi Mehdizadə küçəsindən sağa- Yusif Səfərov küçəsinə dönən zaman, "Uber" taksi şirkətinə məxsus 77-BH-480 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü ona qəza şəraiti yaradıb: "Mən orta zolaqdan sağa dönən zaman, sağ zolaqdakı taksi sürücüsü sürəti qəfildən artırdı. Onun düzünə gedə biləcəyini düşündüyüm üçün sağa dönməmişdən öncə ehtiyatımı saxladım. Videodan da göründüyü kimi ehtimal etdiyim vəziyyət doğru çıxdı. Sürücü düzünə gedərək mənə qəza şəraiti yaratdı. Əgər orada diqqətsizlik etsəydim qəza qaçılmaz olacaqdı".
Qeyd edək ki, görüntünü qeydə alan sürücünün hərəkət etdiyi zolaqda düzünə və sağa, taksi sürücüsünün hərəkət etdiyi zolaqda isə yalnız sağa dönməni bildirən nişanlanma təşkil olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












