Xırdalanda səki zəbt olundu; çətinliyə düşən piyada 102-yə zəng etdi - FOTO

Xırdalanda səkiyə yük boşaldan şəxslər piyadaların hərəkətini çətinləşdirib. Avtosfer.az xəbər verir ki, 50-AE-937 qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobilinin sürücüsü və sərnişini Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsindəki "Yaşıl Market"ə gətirdikləri içkiləri səkiyə yığıblar. Səki zəbt olunduğu üçün piyadalar yolun hərəkət hissəsiylə getməli olub.
Məsələylə bağlı redaksiyamıza müraciət edən oxucu iddia edir ki, həmin vaxt səkinin zəbt olunması ilə bağlı yükü boşaldan şəxslərə nəzakətli şəkildə irad bildirib. Lakin avtomobildən yükü boşaldan şəxs "bu ölkədə qanun var?"- deyərək etdiyi əmələ haqq qazandırmağa çalışıb.
O, bildirdiyi irada reaksiya verməyən şəxslərin hərəkətindən Daxili İşlər Nazirliyinin 102 qaynat xəttinə şikayət edib.
Fərid
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO











