Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Avtosfer.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.
Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.
Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.
Dövlətimizin başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.
Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.







Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO












