Bakıda Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib - FOTOLAR

Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, iclasda Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub.
Dialoq zamanı Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanları, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımından belə müzakirələr əlavə imkan yaradır.
Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə inkişaf edib. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi üçün ortaq maraqların olduğu əsas istiqamətlərdir.
Dialoq zamanı tərəflər Orta Dəhlizin inkişafına dəstək məqsədilə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.




Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO












