“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş oldu - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən 10-cu Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş qismində iştirak edib.
Avtosfer.az xəbər verir ki, forumda bank sektorunda rəqəmsal transformasiya, süni intellektin tətbiqi və kibertəhlükəsizlik məsələləri müzakirə olunub.
Ödəniş sistemləri, maliyyə texnologiyaları, açıq bankçılıq və dayanıqlı maliyyə də forumun gündəliyində yer alıb.
Tədbir məkanında qurulmuş stenddə “AzInTelecom”un bank sektoru üçün faydalı xidmətləri, o cümlədən SİMA yeni nəsil rəqəmsal imza haqqında iştirakçılara məlumat verilib.
Tədbirdə “AzInTelecom”un İdentifikasiya və Təhlükəsizlik bölməsinin rəhbəri Lalə İmanova “Texnologiya, insanlar və süni intellekt” panelində çıxış edib.
O bildirib ki, “AzInTelecom”un yaratdığı SİMA rəqəmsal imza həllinin bank və maliyyə qurumlarının sistemlərinə inteqrasiyası bir sıra əməliyyatları tam onlayn həyata keçirməyə imkan verir. Biometrik identifikasiya sayəsində biznes prosesləri daha sürətli və təhlükəsiz şəkildə idarə olunur.
L.İmanova kağız sənədləşməsinə ehtiyacın aradan qalxması ilə bank sektorundakı əməliyyat xərclərinin azaldığını da vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 20-yə yaxın bank öz xidmətlərini rəqəmsallaşdırmaq üçün SİMA həllərindən istifadə edir. Bunun sayəsində müştərilər filiala getmədən hesab aça, kart sifariş edə, əmanət yerləşdirə, kredit müqaviləsi imzalaya və şəxsiyyətlərini onlayn təsdiqləyə bilirlər. 150-dən çox qurum tərəfindən inteqrasiya edilmiş SİMA həlləri dövlət və özəl sektorda xidmətlərin rəqəmsallaşmasına töhvə verməyə davam edəcək.




Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO












