Banner

Sumqayıtdakı dayanacaqda “tok” problemi həll olundu - YENİLƏNİB

Hadisə 27 Noyabr 2026 10:36
Sumqayıtdakı dayanacaqda “tok” problemi həll olundu - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda Heydər Əliyev Parkının yaxınlığındakı avtobus dayanacağının dəmir dirəklərində elektrik cərəyanının olması ilə bağlı məlumat yayılıb.  

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Görüntülərdən də aydın olur ki, elektrik cərəyanını müəyyən etmək üçün olan indikator (faza yoxlayıcı vintaçan) da cərəyan olduğunu təsdiq edir. 

“Bir qadını “tok” vurdu. Əlinizi dəmirə vurmayın, ehtiyatlı olun!”, - paylaşımda qeyd olunub. 

Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb, artıq problem aradan qaldırılıb. 

Həmin görüntüləri təqdim edirik:

 


 

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh