75 yaşlı sürücü “VAZ 2107"-ni ağaca çırpdı

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə dekabrın 5-i axşam saat 20:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun “Qırxbulaq” adlanan ərazisindən keçən hissəsində baş verib. Şəki rayonu Aşağı Daşağıl kənd sakini 1940-cı il təvəllüdlü Həmzə Saleh oğlu Salmanov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Şəki şəhərindən Aşağı Daşağıl kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü və avtomobildə olan sərnişin rayonun Aşağı Daşağıl kənd sakini 1987-ci il təvəllüdlü Taleh Nakif oğlu Məsimov aldıqları xəsarətlərə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Taleh Məsimova qapalı kəllə-beyn travması dioqnozu qoyulub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Taleh Məsimovun vəziyyəti orta-ağır qiymətləndirilir. Həmzə Salmanovun xəsarətləri yüngül olduğundan həkim müayinəsindən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












