Abşeronda ağır yol qəzası: 4 nəfər xəsarət alıb - FOTO

Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Fatmayi-Goradil yolunda qeydə alınıb.
Seymur Ələsgərov "VAZ-21015" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bördürə dəyib. Sürət yüksək olduğundan daha sonra maşın aşıb.
Qəza nəticəsində avtomobili idarə edən Seymur Ələsgərov, maşının sahibi Tərxan Məmmədli, eləcə də, sərnişinlər - Rəşad Səlimov və Rəhman Yaqubov xəsarət alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, müxtəlif xəsarətlərlə daxil olan yaralıların vəziyyətləri orta ağır və ağırdır. Hər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İdarənin istintaq şöbəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












