Banner

Xaçmazda ağır qəza: 8 nəfər xəsarət aldı - FOTO

Qəzalar 28 Sentyabr 2026 09:06
Xaçmazda ağır qəza: 8 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə olun

Ötən gün saat 22:30 radələrində Gəndab-Yalama yolunun Xaçmazdan keçən hissəsində – Vəlvələçayın yaxınlığında ağır yol qəzası baş verib. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Avtosfer.az xəbər verir ki, nəticədə avtomobillərdə olan 8 nəfər ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub:

Təranə İlqar qızı Məmmədova (1991-ci il təvəllüdlü)

İsmayıl Şahin oğlu İsmayılov

Pərvanə İxtiyar qızı Əlixanova (1988-ci il təvəllüdlü)

Zeynəb İsmayılova (1995-ci il təvəllüdlü)

Saatxan Şahin oğlu İsmayılov (1997-ci il təvəllüdlü)

Araz Əşrəf oğlu İbrahimov (1972-ci il təvəllüdlü)

İlqar Muxtar oğlu İsmayılov (1964-cü il təvəllüdlü)

Əfsanə Cümşüd qızı Məmmədova (2011-ci il təvəllüdlü).

Hazırda xəsarət alan şəxslərə bütün lazımi tibbi və müalicə tədbirləri göstərilir. Alınan son məlumata görə, onlardan 3-nün vəziyyəti ağırdır.
 

 

 

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh