Xaçmazda AĞIR QƏZA: 8 nəfər xəsarət aldı - FOTO

Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri - 1997-ci il təvəllüdlü S.İsmayılov və 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü R.Məmmədovadır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ












