Avtomobil qəzası 13 min manat ziyan vurdu - FOTO+VİDEO

Bu gün səhər saatlarında Bakı dairəvi - 1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. Avtosfer.az xəbər verir ki bu barədə “Azəryolservis” ASC-dən verilən məlumata görə, Bakı dairəvi - 1 avtomobil yolunun Lokbatan dairəsi istiqamətindən hərəkətdə olan “Chaqman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri və isıq dirəyini dağıdaraq dayanıb. Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq sükana hakimiyyətini itirib. Bu zaman isə qəza baş verib. Baş vermiş qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb. Qəza nəticəsində yol təsərrüfatına ilkin hesablamalara görə, 13 min manata yaxın ziyan dəyib. Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Fərid



Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












