İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? - VİDEO

Son illər mənzil bazarında sürətli bahalaşmaya baxmayaraq, yaşayış sahələrinə tələbat azalmır.
Mənzil yalnız yaşayış ehtiyacını ödəyən vasitə deyil, həm də investisiya alətidir. Son illərdə daşınmaz əmlakın investisiya vasitəsi kimi rolu xeyli artıb.
Bu arada, bankların ipoteka kreditləri portfeli də artaraq sentyabrın əvvəlinə 4 milyard 740 milyon manata çatıb. Digər tərəfdən, İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizmi üzrə müraciətlərin çoxluğunu nəzərə alaraq onların qəbulunu müvəqqəti dayandırıb.
Bəs mənzilə tələbatın artması fonunda borclanmanın genişlənməsi hansı riskləri yarada bilər?
İqtisadçı Eyyub Kərimli bildirib ki, ipoteka kreditləşməsinin həcminin artması mənzil bazarında tələbi kəskin şəkildə yüksəldir. Bu isə öz növbəsində tələbatı ödəmək üçün kifayət qədər mənzil fondunun olmamasına və qiymətlərin daha da artmasına səbəb olur.
"Beynəlxalq təcrübədə də belə halların mənzil bazarında ciddi böhran yaratdığına rast gəlinir. Bu, həmçinin maliyyə və bank sisteminə mənfi təsir göstərir. Belə ki, problemli kreditlərin sayı və ipoteka kreditləşməsinin həcmi artaraq ümumilikdə böhran vəziyyətinə səbəb ola bilər", - deyə iqtisadçı bildirib.
Eyyub Kərimli bu risklərin qarşısını almaq üçün ipoteka kreditləşməsinin tənzimlənməsini və iqtisadi sinif mənzillərin tikintisinin artırılmasını təklif edir.
İqtisadçının fikrincə, bu tədbirlər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsinə və bazarda tarazlığın yaranmasına şərait yarada bilər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












