Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (qadın) sentyabrın 16-da saat 22:15-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, alının açıq yarası diaqnozu təyin olunub, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə nəticəsində iki nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir./oxu.az
***
Lənkəran-Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***23:37, 16 sentyabr
Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən yük avtomobilinə çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












