Azərbaycanda dəhşətli qəza; bir ailədən 4 nəfər öldü - FOTOLAR

Biləsuvarda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə dekabrın 6-da günorta saatlarında Ələt-Astara magistaralının rayonun Aşağı Cürəli kəndindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayonunun Təzəkənd kənd sakini Mansur Bayramovun idarə etdiyi «VAZ-21015» markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn və «Azpetrol»a məxsus yanacaqdaşıyan qoşqulu yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobilinin yararsız vəziyyətə düşməsi ilə yanaşı, həmçinin onun sərnişinləri olan bir ailənin dörd üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerindəcə dünyasını dəyişiblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış avtomobilin sürücü isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin versiya kimi qəzanın “VAZ-21015”-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO

















