Azərbaycanda dəhşətli qəza: TIR yandı, 3 nəfər öldü - VİDEO

Astarada baş verən dəhşətli qəza ilə bağlı ətraflı məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, FHN-in “112” qaynar telefon xəttinə Ələt-Astara yolunun 201-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub. FHN -in yanğından mühafizə və Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyaaı vətəndaşı Abulaşov Maqomedemin Mamatqeeviç tərəfindən idarə olunan "DAF" markalı T767ET05 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı yük (TIR) avtomobilinin Əliyev Mirzəmməd Elman oğluna məxsus "BMW" markalı dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Nəticədə "BMW" markalı minik avtomobilinin yanar hissələri və qismən “DAF” markalı yük avtomobilinin 1 ədəd arxa sol təkəri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətə söndürülüb.
Hadisə nəticəsində 3 nəfər həlak olub.
Həlak olmuş şəxslərin sıxılmış meyitləri FHN qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***21:01
Bu gün günorta saatlarında Astarada dəhşətli yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilbi ki, qəza nəticəsində minik maşını yolda hərəkətdə olarkən idarəetməni itirib və TIR-a çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, qəza nəticəsində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qəza nəticəsində 3 nəfər ölüb.Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












