Azərbaycanda dumanlı hava 3 nəfərin həyatına son qoyuldu - FOTO

Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Sabirabad rayonu Qəzli kənd sakini, 1955-ci il təvəllüdlü Mustafayev Rafiq Nəcməddin oğlunun idarə etdiyi 90-BH-740 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobillə Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Sarıyev Natiq Valeh oğlunun idarə etdiyi 66-AC-512 dövlət nömrə nişanlı, “Kamaz” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2107”-in sürücüsü və avtomobildə olan iki nəfər - Sabirabad rayonunun Yenikənd kənd sakinləri, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsur oğlu və 1967-ci il təvəllüdlü Əliyev Mehralı Əzizağa oğlu ölüb, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO














