Bakı metrosunda qorxulu anlar - "Eskalatorda "kənar səs" olub"

Bu gün Bakı metrosunda eskalator sərnişinləri qorxuya salıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu gün səhər saat 9:30 radələrində metronun "İşərişəhər" stansiyasında sərnişinlər platformadan yuxarı qalxarkən eskalatorda güclü cırıltı-cüyütlü səsləri eşidilib. Bu zaman eskalatorda olan sərnişinlər arasında qorxu və təşviş yaşanıb. Eskalatorun nasaz olduğunu düşünərək onun qırıla biləcəyindən qorxan insanlar eskalatoru tez tərk etməyə çalışıblar.
Milli.az hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət edib. Müraciətdən dərhal sonra vəziyyəti "İçərişəhər" stansiyasında yerindəcə araşdıran Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, adıçəkilən stansiyadakı eskalatorla bağlı, həqiqətən, kiçik bir problem yaşanıb: "Stansiya rəhbərliyi mənə bildirdi ki, həqiqətən də, deyilən vaxtda 3 saylı eskalatorda müəyyən səslər eşidilib. Bundan dərhal sonra həmin eskalator dayandırılıb, sərnişinləri qaldırmaq üçün digəri qoşulub. Dərhal nasazlığın olduğu ehtimal edilən eskalatorda yoxlama aparılıb, lakin qəza yarada biləcək hər hansı nasazlıq qeydə alınmayıb. Məlum olub ki, eşidilən cırıltı səsi texniklərin dili ilə desək, "kənar səs" olub. Hazırda eskalatorların hamısı normal vəziyyətdə işləyir və heç birində də nasazlığı bildirən səs gəlmir. Sərnişinlərə də bildiririk ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ona görə də qorxu və təşvişə düşməsinlər". Xatırladaq ki, 10 il bundan əvvəl "İşərişəhər" stansiyasında eskalatorun nasazlığı ucbatından qəza baş verib. Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman "Bakı Soveti" adlanan stansiyada enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ










