Bakı-Sumqayıt yolunda toqquşan avtomobillərdən biri dərəyə yuvarlanıb - VİDEO

Bu gün səhər, təxminən saat 7 radələrində Bakı-Sumqayıt yolunun Saray Dövlət Yol Polisi postu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə oxu.az-a hadisə şahidləri məlumat veriblər.
Baş vermiş hadisə ilə bağlı sorğuya cavab olaraq, Baş Dövlət Yol Polis İdarəsi faktı təsdiqləyib.
Qeyd olunub ki, sözügedən ərazidə “Mercedes” markalı iki avtomobil toqquşub. Zərbə nəticəsində “Mercedes” markalı avtomobillərdən biri yol kənarındakı dərəyə yuvarlanıb. Digər maşın isə dəmir arakəsmənin üzərində ilişib qalıb. Ölüm faktı qeydə alınmayıb, bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və səhv manevretmə olub.
Videonu təqdim edirik:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












