Bakıda sərxoş sürücü ata və 10 yaşlı oğlunu öldürdü – VİDEO

Ötən gecə paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Niva" markalı avtomobil yolu keçmək istəyən ata ilə oğlunu vurub. Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib. Qəza nəticəsində hər iki piyada İbrahim Xəlilov və azyaşlı oğlu hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Niva"nın yüksək sürətlə hərəkət etməsi və yolun qaranlıq olması səbəb olub. Hadisə yerinə polis əməkdaşları gəliblər. Yoxlama zamanı "Niva"nın sürücüsünün sərxoş olması məlum olub. O, polis tərəfindən saxlanılıb.
Ata ilə oğlunu avtomobillə vuran sürücünün şəxsiyyəti dəqiqləşdirilib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Günəşli qəsəbəsində ata ilə 10 yaşlı oğlunu vuran “VAZ 2121”in (Niva) sürücüsü Qurbanbəyov Bünyamin Çingiz oğlu olub. O, əvvəlcə tibb məntəqəsində sərxoşluq müayinəsindən keçirilib və daha sonra polis idarəsinə aparılıb.
Qeyd edək ki, B.Qurbanbəyovun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə vurduğu 38 yaşlı İbrahim Xəlilov və oğlu, 10 yaşlı Vaqif hadisə yerindəcə vəfat edib. Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO














