Bakıda sərxoş sürücü qəza törətdi: Xəsarət alanlar var - FOTO

Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib, iki nəfər xəsarət alıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.
“QAZ-3110” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü döngədə idarəetməni itirərək qarşı yola çıxıb. Avtomobilin sürücüsü qarşıdan gələn “LADA” markalı avtomobillə toqquşmadan yayınmağa çalışsa da, maşını işıq dirəyinə çırpıb.
“LADA"nın sürücüsü isə qarşısına qəfildən çıxan maşını gördükdə qorxub və idarəetməni itirib. Nəticədə, avtomobil “QAZ-3110”-a dəyib.
İşıq dirəyinə çırpılan “QAZ-3110” yararsız hala düşüb, avtomobildəki iki nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralılar dərhal əməliyyat olunublar. Həkimlər yaralıların sərxoş vəziyyətdə olduğunu bildiriblər.
Onların şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












