Bakıda xəstə aparan sürücü qəza törətdi - VİDEO

Bakının Binəqədi rayonunda avtomobilində xəstə aparan sürücü qəza törətdi. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Opel” markalı avtomobillər toqquşub. İlkin xəbərə görə, avtoqəzaya “Hyundai” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydasını pozması səbəb olub. O, Azadlıq prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı ışığına məhəl qoymayıb və onun avtomobili Cəfər Xəndan küçəsi ilə hərəkət edən “Opel”ə çırpılıb.
Nəticədə “Opel”in sürücüsü Feruz Gülməmmədov xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Bildirilir ki, “Hyundai” markalı avtomobilin sürücüsünün tələsərək qırmızı işıqda yolu keçməsi də əbəs deyil. Çünki, sürücü həmin vaxt xəstəni xəstəxanaya çatdırmağa çalışıb.
Hadisənin təfərrüatları araşdırılır.


Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












