"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU

Qəzalar 8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
WhatsApp kanalımıza abunə olun

Bakıda Ziya Bünyadov prospektində baş verən qəzanın bəzi detalları məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Çermet" körpüsü yaxınlığında baş verən hadisə sentyabrın 6-da saat 19:50-də qeydə alınıb.

Hadisə anının anbaan görüntülərini təqdim edirik:

***12:00

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Bildirilib ki, hadisə ötən gecə Ziya Bünyadov prospektində, "Çermet" körpüsü yaxınlığında qeydə alınıb.

Vətəndaşın iddiasına görə, "Mitsubishi Pajero" avtomobili yol kənarında dayanan 99-SF-156 dövlət nömrə nişanlı VAZ-2107 və 99-FR-678 dövlət nömrə nişanlı "Daewoo Nexia" avtomobillərinə çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb.

Qeyd olunub ki, qəza zamanı parklanmış avtomobillərin sahibləri hadisə yerində olmayıblar. Avtomobillərə ciddi ziyan dəyib.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh