“Bakcell” “Peerstack Academy” tələbələri üçün komanda yarışı keçirdi - FOTOLAR

Xəbərlər 8 Sentyabr 2026 11:06
“Bakcell” “Peerstack Academy” tələbələri üçün komanda yarışı keçirdi - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

“Bakcell” “Peerstack Academy” tələbələri üçün süni intellekt üzrə komanda yarışı keçirib.

Avtosfer.az xəbər verir ki, yarış çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar.

Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.

İştirakçılar layihələr üzərində işləyərkən “Claude”, “Google Colab”, “Hugging Face”, “Ollama”, “Gradio” və “Streamlit” kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.

Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.

Yarışın sonunda fərqlənən iştirakçılar “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group“a daxildir.

 








Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh