Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin - 2000-ci il təvəllüdlü, Beyləqan rayon sakini Yusif Cabir oğlu Yusifli hadisə yerində ölüb. Sürücü, 2004-cü il təvəllüdlü Heydər Telman oğlu İbrahimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İttihama görə, hadisə axşam saatlarında baş verib. Yusif Yusifli dostları ilə birlikdə Bakıdan Qubaya istirahətə gedib. Onlar axşam saatlarında yeyib-içdikdən sonra Yusif Heydərlə birlikdə Quba şəhərində gəzməyə yollanıb. İddialara görə, spirtli içki qəbul etmiş dostlar şəhər mərkəzində qəzaya uğrayıblar.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












