Banner

Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi

Xəbərlər 14 Noyabr 2026 18:24
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi
WhatsApp kanalımıza abunə olun

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Avtosfer.az xəbər verir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır.

Oxunub : 48
ŞƏRH YAZ
Ad

E-mail

Şərh