“BakuBus”un avtobusu “Maserati” ilə toqquşdu - VİDEO

Bakının mərkəzində bahalı qəza baş verdi. Xətai rayonu ərazisində "BakuBus"a məxsus avtobus "Maserati" ilə toqquşub. Avtosfer.az anpress-ə istinadən xəbər verir ki, avtoqəza Afiyəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində qeydə alınıb. Müəyyən edilib ki, 8 saylı xətt marşrutu üzrə hərəkət edən və “BakuBus” MMC-yə məxsus “İveko” markalı sərnişin avtobusu Afiyəddin Cəlilov küçəsindən Ayaz İsmayılov küçəsinə keçməklə Nobel prospektinə doğru hərəkət edirmiş. Bu zaman Afiyəddin Cəlilov küçəsilə Yusif Səfərov küçəsi istiqamətində hərəkətdə olan “Maserati” markalı minik maşını onunla toqquşub.
Sərnişin avtobusu sola dönən zaman “Maserati” markalı avtomobili onu gözləməyib. Nəticədə toqquşma qaçılmaz olub.
Yol qəzasında xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin müfəttişləri cəlb olunub və müvafiq müayinələr aparılıb. Sonrakı araşdırmalar zamanı avtotexniki ekspertizaların təyin ediləcəyi də istisna deyil.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












